...

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Siyasət Materials 15 Dekabr 2018 16:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrüik məktubu ünvanlayıb
Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrüik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli Nursultan Abişeviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Qazaxıstan müstəqillik illərində hərtərəfli və sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi, xalqın rifahının yaxşılaşdırılması sahəsində mühüm uğurlar qazanmışdır. Ölkəniz beynəlxalq və regional təşkilatlarda fəal rola və nüfuza malikdir.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bundan sonra da ortaq tarixi köklərə, milli, mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti