...

Azərbaycan MDB PA-nın komissiya iclaslarında təmsil olunacaq

Siyasət Materials 28 May 2019 09:56 (UTC +04:00)
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.
Azərbaycan MDB PA-nın komissiya iclaslarında təmsil olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.

Trend-in məlumatına görə, millət vəkilləri Sankt-Peterburq şəhərində keçiriləcək MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, rəy və təkliflər verəcəklər.

Qeyd edək ki, tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

Səfər iyunun 1-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti