Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Mayın 31-də Bakıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransı açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti, Fərmanda qeyd olunan göstəriş və tövsiyələrin icrası ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxış edərək qeyd olunan Fərmanın Vəkillər Kollegiyası üçün əhəmiyyəti, vəkillərin məhkəmə-hüquq islahatlarındakı rolu, islahatların həyata keçirilməsi istiqamətində görülməli tədbirlərin zəruriliyi barədə danışıb.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanının ədalət mühakiməsi üçün verdiyi töhfə, son dövrlər ölkədə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlər, Bakı şəhərində və regionlarda əhalinin keyfiyyətli hüquqi yardıma çatımlılığının təmin olunması üzrə aparılan islahatlar barədə məlumat verib.

Konfransda Baş prokurorun müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Namiq Əsgərov çıxış edərək vəkil-prokuror münasibətləri, son dövrlərdə bu münasibətlərin inkişafı və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirin növbəti hissəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin məhkəmə-hüquq islahatlarında yeri və rolu” mövzusunda çıxış edib. Kollegiyanın sədri bildirib ki, Vəkillər Kollegiyası tərəfindən son dövrlərdə vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov “Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd edib ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu var və bu baxımdan, qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb edir. O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında bu barədə müddəaya yer verilməsi də dövlətin bu sahəyə önəminin bariz nümunəsidir.

Konfransda, həmçinin Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov məlum Fərmanın təhlili ilə bağlı çıxış edib.

Konfransın ikinci hissəsində Vəkillərin İntizam Komissiyasının sədri, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədovun “Vəkillərin etik davranışı və qeyri-prosessual münasibətlərə qarşı preventiv tədbirlər” mövzusunda mühazirəsi dinlənilib.

Bundan başqa, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı üzrə Vəkillər Kollegiyası tərəfindən formalaşdırılmış cinayət hüququ, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə mülki hüquq üzrə işçi qrupun məruzəsi ilə çıxış ediblər.

Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
İraqda partlayış törədilib
İraqda partlayış törədilib
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Loading Bars
Xəbər lenti
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Bütün xəbərlər