...

MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

Siyasət Materials 25 İyul 2019 11:18 (UTC +04:00)
MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb
MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb.

Bu barədə Trend Hərbi Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Hazırda Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisinin rəhbərlik etdiyi qrup tərəfindən hadisənin baş verməsinin səbəb və şəraitinin, işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası intensiv davam etdirilir.

Bildirilir ki, hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev də istintaq qrupu ilə birlikdə hadisə yerinə gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti