Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Kamran Əliyev Vyetnam Sosialist Respublikasında korrupsiya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

Bakı. Trend:

3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyev Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoy şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatın (OECD) Asiya İnkişaf Bankı (ADB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Vyetnam hökuməti ilə birgə təşkilatçılığı əsasında “İnfrastruktur layihələrində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Müxtəlif ölkələrin yüksək vəzifəli dövlət rəsmilərin iştirak etdiyi tədbirdə büdcə vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələrində korrupsiya risklərinin müəyyən edilməsi yolları və ona qarşı təsirli tədbirlərin görülməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində dürüstlük standartlarının təşviqi imkanları müzakirə edilmişdir.

İxtisaslaşmış anti-korrupsiya qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi panel müzakirələrdə geniş təqdimatla çıxış edən Kamran Əliyev, korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışmış, hər bir ölkənin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd etmişdir. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri ölkəmizdə bu sahədə həyata keçirilən institusional və qanunvericilik tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nümunəsini təşkil edən “ASAN Xidmət” modeli barədə məlumat verərək ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirmiş, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir.

Bundan başqa, nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycanın yürütdüyü iqtisadi-sosial siyasətinin mərkəzində azad biznes və investisiya mühitinin inkişaf etdirilməsinin dayandığını və ölkəmizdə bu sahənin daha da tərəqqisi üçün ardıcıl islahatların həyata keçirildiyini qeyd etmiş, bu il həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm elementini təşkil edən kommersiya məhkəmələrinin və mediasiya qurumlarının təsis edilməsi, bu islahatların müsbət nəticələrinin ölkəmizin beynəlxalq reytinqlərdəki mövqelərində öz əksini tapdığını bildirmişdir.

Mötəbər reytinq hesabatı olan Dünya Bankının "Doing Bussines 2019" hesabatında Azərbaycanın mövqeyinin 190 ölkə arasında 25-ci yerdə, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə 2-ci yerdə, biznesə başlama indikatoru üzrə isə ilk onluqda qərarlaşması ilə dünyanın ən çox islahat aparan ölkəsi elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verən Baş Prokurorun müavini bu göstəricilərin ölkəmizin sahibkarlıq mühitinə də töhfə verdiyini bildirmiş, korrupsiyaya qarşı mübarizə standardlarının tətbiqinin hər bir sahədə olduğu kimi özəl sektor və investisiya mühitində də təşviq edildiyini, bu gün Azərbaycanda öz anti-korrupsiya meyarlarını və etik davranış qaydalarını formalaşdıraraq tətbiq edən investisiya şirkətlərinin faiz nisbətinin günü-gündən artdığını diqqətə çatdırmışdır.

Tədbir çərçivəsində Kamran Əliyevlə Vyetnamın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu olan Baş Dövlət Müfəttişliyinin rəis müavini Nguyen Van Thanhın rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılmışdır.

Konfrans müddətində həmçinin, Çin Xalq Respublikası, Koreya Respublikası, Pakistan, Qırğız Respublikası və digər ölkələrin nümayəndə heyətləri, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Asiya İnkişaf Bankının rəsmiləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılmış, iştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar təqdim edilmişdir.

Atəşkəs 21 dəfə pozuldu
Atəşkəs 21 dəfə pozuldu
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)
DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb
DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb
Loading Bars
Xəbər lenti
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb
Göyçayda ferma yanıb
Türkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı
Sabirabadda binada yanğın baş verib
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)
Koronavirusla bağlı Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir (VİDEO)
Koronavirusa yoluxan Fransadakı Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə videobağlantı (VİDEO)
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib (FOTO/VİDEO)
Elşad Hacıyev: Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır
Ağcabədidə ev yanıb
DYP əhaliyə müraciət etdi
Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar (VİDEO)
DİN-də “qaynar xətt” xidməti yaradılıb
Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)
Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
Xüsusi karantin rejimini pozan 25 iaşə obyektinin sahibi cərimələnib
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü
Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir
Prezident İlham Əliyev ETSN-in fəaliyyəti ilə bağlı Fərman imzalayıb
Mais Səfərli: Tofiq Yaqublunun həbsində hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz
Bakıda karantin rejimini pozan kafe və restoran sahibləri cəzalandırılıb (FOTO)
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN
Azərbaycan mədəniyyət xadimləri koronavirusla bağlı əhaliyə müraciət etdilər (VİDEO)
Balakən sakinindən 7 kiloqramdan çox marixuana götürülüb
"Azərenerji" ASC #evdəqal videoçarxı yayımladı
Bibiheybətdə yenidən təmir olunan küçələrdə dezinfeksiya işləri aparılır (FOTO)
AZAL koronavirus təhlükəsi ilə mübarizəyə dəstək məqsədilə videoçarx hazırlayıb
Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı
Rayonlara da giriş-çıxış məhdudlaşdırılıb
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)
Azərbaycana külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Həftəsonu yağış yağacaq - XƏBƏRDARLIQ
AZAL Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi QAYDALARINI açıqladı
Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır
Hafiz Hacıyev: Tofiq Yaqublunun həbsini şişirtmək, ona müxtəlif siyasi don geydirmək doğru deyil
Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı
Lənkəran sakinləri narkotik vasitələri satarkən saxlanıldı
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)
Milli Məclisin iclası zamanı deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcəklər
Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir
MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi
Psixoloq-konsultant: Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin
Bakıda avtomobil piyadanı vurub digər maşının qarşısına atdı
İndoneziyanın ən fəal vulkanı püskürdü
İranda koronavirusdan ölәnlәrin sayı 2 300-ü keçdi
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirilib
AFFA hakimlərə onlayn dərslər keçir
ETSN #evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
Mədəniyyət Nazirliyi Xalq artistinin dəfni ilə bağlı vətəndaşlara müraciət etdi
Evakuator və avtomobilin yük yerində paytaxta keçmək istəyən şəxslər saxlanıldı (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Milli Məclis Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulmasını müzakirə edəcək
DSX: Sərhəddə növbəti erməni təxribatının qarşısı alınıb
Kapital Bank-dan təqaüdçülərə güzəşt!
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
DİN: Xüsusi karantin rejiminə baxmayaraq, Azərbaycana daxil olan tranzit yük maşınlarının hərəkəti təmin edilir (FOTO/VİDEO)
Bütün xəbərlər