...

BP-nin regional prezidenti Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 24 Dekabr 2019 16:21 (UTC +04:00)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
BP-nin regional prezidenti Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə cansağlığı və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə və Azərbaycan xalqına davamlı nailiyyətlər və firavanlıq arzulayıram.

BP şirkəti olaraq biz Azərbaycana böyük önəm veririk və burada olmağımızdan qürur duyuruq. Ötən 27 il ərzində regionda həyata keçirdiyimiz dünyamiqyaslı layihələrin uğuru Sizin rəhbərliyiniz və dəstəyiniz, eyni zamanda, Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq sayəsində mümkün olmuşdur. Ümidvaram ki, bu səmərəli tərəfdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə doğum gününüz və qarşıdan gələn bayramlar münasibətilə bir daha ən səmimi təbriklərimi çatdırır və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti