...

Azərbaycanda 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Siyasət Materials 2 Yanvar 2020 14:45 (UTC +04:00)
"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib".
Azərbaycanda 125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1747 nəfəri imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.

Bildirilib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 19 siyasi partiya 457 namizəd irəli sürüb. Azərbaycan Sosial Rifah Partiyası isə hələ ki, namizədini irəli sürməyib.

Qeyd edək ki, bu günə qədər 20 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının, Vahid Azərbaycan Partiyasının, “Ana Vətən” Partiyasının, Azərbaycan Təkamül Partiyasının, Müsavat Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Müasir Müsavat Partiyasının və Vətəndaş və İnkişaf Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti