Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, yerli müşahidəçilərin sayı 61 813 nəfərə çatıb. 33 010 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülən müşahidəçilərdir.
MSK sədri əlavə edib ki, beynəlxalq müşahidəçilər 50-dən artıq ölkəni təmsil edir: "Onlar həm sayına, həm də coğrafiyasına görə kifayət qədər əhatəlidir".