...

Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib

Siyasət Materials 25 Fevral 2020 13:49 (UTC +04:00)
Təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb.

Trend-in məlumatına görə, bunu hərbi prokuror Xanlar Vəliyev Azərbaycan Hərbi Prokurorluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfransda deyib.

X.Vəliyev bildirib ki, beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb:

“2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub. İstintaqla, o cümlədən iş üzrə həyata keçirilmiş müvafiq ekspertizaların ilkin hesablamalarına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti