...

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

Siyasət Materials 9 Aprel 2020 12:46 (UTC +04:00)
Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

Bakı. Trend:

Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qeyd edək ki, X.Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti