...

HHM bölmələrinin məşqləri başlayıb (FOTO/VİDEO)

Siyasət Materials 30 Aprel 2020 11:54 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava hücumundan müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti