...

Əli Hüseynli: Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 40-dan çox yeni normativ aktın layihəsi hazırlanıb

Siyasət Materials 5 May 2020 17:59 (UTC +04:00)
Əli Hüseynli: Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı 40-dan çox yeni normativ aktın layihəsi hazırlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında məlum Fərmanının icrası ilə bağlı 40-dan çox yeni normativ aktın layihəsi hazırlanıb, bir çoxları artıq Milli Məclis tərəfindən qəbul edilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bunu parlamentin bu gün keçirilən iclasında yeni hakimlərin təyin edilməsi ilə bağlı çıxışında deyib.

Ə.Hüseynli bildirib ki, ölkəmizdə bu dövr ərzində 12 yeni məhkəmə yaradılıb, yeni kommersiya məhkəmələri artıq bu il yanvarın ayının 1-dən fəaliyyətə başlayıb:

“Eyni zamanda, hakimlərin təminatı yaxşılaşdırılıb bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilib, hakim ştatlarının sayı 200 vahid artırılıb və artıq hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçimin aparılması prosedurları yaradılıb. Eyni zamanda, vahid məhkəmə təcrübəsinin yaradılması ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilib, Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub və artıq monitorinqlərin keçirilmişi qaydası Məhkəmə Hüquq Şurası tərəfindən qəbul edilib”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifələrinə namizədliyi irəli sürülən hakimlərin təqdimatı Milli Məclisə göndərilib:

“Məlumat üçün qeyd edim ki, komitənin geniş iclasında hakimlərin özünün iştirakı ilə ciddi müzakirələr keçirilmiş, müzakirələrdə son dövrdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, millət vəkilləri mövcud vəziyyət, hakim korpusunun fəaliyyəti, problemlər, islahatların gələcəyi ilə bağlı fikirlərini bildiriblər. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur. Bəzi hakimlərin son yaş həddinə çatması ilə əlaqədar Ali Məhkəmədə 9 hakim ştatı vakant qalıb.

Bununla əlaqədar hakim korpusunun tərkibi prinsipial öyrənilərək qiymətləndirilib və həmin məhkəməyə apelyasiya instansiyası məhkəmələrindən aşağıdakı 9 hakimin təyin olunması təklif edilib:

Abiyeva Kəmalə Nəbi qızı - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini

Əliyev Zaur Əli oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Həsənov Vüqar Təvəkgül oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Hüseynov Abiddin Qabil oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Xəlilov İsmayıl Kamil oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Şamayev Elşad Yaquboviç - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Şəfiyev İspəndiyar Əsəd oğlu - Gəncə Apellyasiya Məhkəməsinin hakimi

Abbasov Aqil Əzizağa oğlu - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri

Novruzov Ələsgər Əli İskəndər oğlu - Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini

Eyni zamanda Bakı Apellyasiya məhkəməsinin tərkibinin möhkəmləndirilməsi məqsədilə Ali Məhkəmənin aşağıdakı 4 hakiminin ərizələri nəzərə alınmaqla onların iş yerinin həmin məhkəməyə dəyişdirilməsi təklif edilir:

Əsgərov Qürbət Ağa oğlu

İbayev Vəfaddin Ələm oğlu

İsgəndərov Akif Əsgər oğlu

Seyfəliyev Əli Səlim oğlu

Ali Məhkəmənin hakimi Aslan Kalbalıyevin isə ərizəsinə əsasən birinci instansiya məhkəməsinə keçirilməsi təklif olunur.

Məhkəmələr və hakimlər haqqında» Qanunun 93-4-cü maddəsinə uyğun olaraq hüquq sahəsində nüfuza, 20 illik iş təcrübəsinə və mənəvi keyfiyyətlərə malik şəxslər qanunla müəyyən edilmiş qaydadan kənar – birbaşa yüksək hakim vəzifəsinə təyin edilə bilər.

Bununla əlaqədar aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunması təklif edilmişdir:

Əsgərov Çingiz İsgəndər oğlu - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri

Qəribov Bəhman Fərhad oğlu - Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri

Məmmədli Bəhram Məmməd oğlu - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin baş məsləhətçisi

Qeyd edilən təyinatlar (6 hakimin Bakı Apellyasiya məhkəməsindən Ali Məhkəməyə təyinatı), həmçinin mövcud vakansiyalar nəzərə alınaraq Bakı Apellyasiya məhkəməsində əlavə hakim kadrlarına ehtiyac yaranacaqdır.

Bununla əlaqədar hakim korpusunun tərkibi təhlil edilmiş və birinci instansiya məhkəmələrinin aşağıdakı hakimlərinin Bakı Apellyasiya məhkəməsinə irəli çəkilməsi təklif olunmuşdur:

Həsənov Rəşad Məhəmməd oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi

Qurbanov Ramin Afad oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Mehdiyev Emin Əlixan oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Şirinov Ziya Allahverdi oğlu - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi

Tanrıverdiyev Anar Vəzir oğlu - Bakı şəhəri Səbail Rayon

Məhkəməsinin hakimi

Bununla yanaşı ölkəmizdə yeni – cari ilin yanvar ayından fəaliyyətə başlamış inzibati və kommersiya məhkəmələrinin tərkibinin bu sahələrdə xüsusi biliklərə malik şəxslərlə komplektləşdirilməsinə ehtiyac duyulur.

Bu səbəbdən apellyasiya instansiyası məhkəmələrində qeyd edilən sahədə xüsusi təcrübəyə malik aşağıdakı hakimlərin ərizələri nəzərə alınmaqla həmin məhkəmələrə keçirilməsi üçün tutduqları vəzifələrdən azad olunması təklif olunur:

Əhmədov İlham Bayram oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Abbasov Fehruz Novruz oğlu - Şirvan Apellyasiya Məhkəməsinin hakimi

Hüseynov Mübariz Rahil oğlu - Şəki Apellyasiya Məhkəməsinin hakimi

Hörmətli millət vəkilləri, əminik ki, ölkəmizdə həyata keçirilən islahatların vacib elementi olan məhkəmə hüquq islahatlarına hakim korpusuna edilən bu yeni təyinatlar müsbət təsir edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti