...

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Siyasət Materials 20 May 2020 18:33 (UTC +04:00)
İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliyi təsdiq edib.

Trend-in məlumatına görə, bununla da insan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyənləşib. Belə ki, insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti