Azərbaycanafobiyanın gizlinləri

Azərbaycanafobiyanın gizlinləri

Bakı. Trend:

Bu gün dünyanın iqtisadi, sosial və siyasi arenalarında baş verən təbəddülatlar fonunda özünü istər iqtisadi, istərsə də siyasi təhlükələrdən qorumaq üçün hər bir dövlət uzun illər ərzində formalaşdırdığı sipərlərdən yararlanır. Bu sipərlər nə qədər sərt və təzyiqlərə davamlı olarsa, dövlət də o qədər möhkəm və bütün sahələrdə dayanıqlı olacaqdır. Biz hazırda bu situasiyanı ölkəmiz timsalında nəzərdən keçirsək, görərik ki, Prezident İlham Əliyevin doğru zamanda verdiyi qərarlar və dövlət təhlükəsizliyi üçün atdığı addımlar indi hansı səmərələri verməkdədir.

Bir müddət bundan əvvəl erməni separatçıları ilə cəbhənin ən aktiv nöqtələrindən biri olan Tərtər rayonunda Prezident İlham Əliyev ölkəmizə qarşı müxtəlif beynəlxalq təşkilatların bu və ya digər formalarda çirkin siyasi oyunlar oynadığını yenidən dilə gətirdi. Dövlət başçısı qeyd etdi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün kağız parçasından başqa bir şey deyil. Hamçinin bildirdi ki, bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür. Ölkəmizdə qarşı hərbi, iqtisadi, etnik və digər müstəvilərdə təzyiq edə bilməyən Avropa Şurası, ATƏT kimi təşkilatlar yalnız ölkəmiz haqqında qərəzli siyasi uydurmalar, miflər danışmaqla ölkəmizə və dövlətimizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışırlar.

Göründüyü kimi, bu gün Azərbaycanın istər regional miqyasda həm siyasi, həm də iqtisadi gücə çevrilməsini, istərsə də beynəlxalq miqyasda – Qoşulmama Hərəkatında, Türk Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, ümumən türk və islam dünyasında mövqeyini gücləndirməsini Qərb qəbul etmək istəmir. Qərbin Azərbaycana qarşı bu qəzəbinin arxasında bir çox məsələlər dayana bilər. Prezident bunun köklərindən birini islamafobiya hesab edir. Bu məsələdə böyük həqiqət var. Çünki Azərbaycan böyük əksəriyyəti islam dininə sitayiş edən vətəndaşların ölkəsi olmaqla bərabər, həm də digər dinlərin nümayəndələrinə tolerant münasibət göstərən, bugünkü Avropanın əksər ölkələrindən fərqli olaraq multikultural təhlükəsizliyini təmin etmiş ölkədir. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitliyin və rifahın olması Azərbaycan düşmənlərini rahatsız edir. Məhz onların təzyiqləri beynəlxalq təşkilatların ölkəmizə qarşı kin və qərəz püskürməsinə səbəb olur.

Mövcud pandemiya şəraitində Azərbaycan təkcə pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatının diqqətinə düşməyib, ölkəmiz həmçinin otuzdan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım göstərib. Bu heç şübhəsiz, ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da yüksəldib və Azərbaycanı ən etibarlı beynəlxalq tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünyada artıq orta miqyaslı güc (middle power) dövləti kimi tanınır. Ölkəmiz buna təkcə siyasi deyil, həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə apardığı davamlı islahatlarla nail olmuşdur. Ərazisinin kiçik olmasına, torpaqlarının bir hissəsinin işğal edilməsinə, aktiv müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu daxili və xarici siyasətlə stabil və firavan ölkəyə çevrilməklə yanaşı, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ edən güclü dövlətə çevrilmişdir. Azərbaycan bu gün təkcə regionun deyil, bir sıra məsələlərdə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfələr verir. Eyni zamanda ölkəmiz uğurlu regional enerji və infrastruktur layihələrlə regionun və Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir. Rusiya və NATO kimi beynəlxalq hərbi güclərin dialoqunda Azərbaycan davamlı vasitəçi ölkə kimi çıxış edir. Bu məsələlərin hər biri şübhəsiz ki, ölkəmizin artan beynəlxalq nüfuzundan xəbər verir və bu hal azərbaycanafob qüvvələri daima narahat edir.

Lakin önəmli bir məsələ Azərbaycan dövlətini hər zaman güclü və mətin edir, bu da xalqla hakimiyyətin birliyidir. Azərbaycan xalqı dövlətin suverenliyi və vətəndaşın rifahı üçün atılan bütün addımlarda Prezident İlham Əliyevin yanında olduğunu sübut edir. Bu da həqiqətdir ki, xalqla hakimiyyətin birliyi bütün dövlər üçün dövlətin təhlükəsizliyinin əsas sütunudur.

Sərraf Hüseynov,

Azərbaycan Dillər Universiteti rektorunun müşaviri,

ADU YAP ərazi təşkilatının sədri

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir (FOTO)
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir (FOTO)
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
Loading Bars
Xəbər lenti
Füzulidə top mərmisi aşkarlanıb (FOTO)
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk istefaya gedir
Avropa Liqasının bütün 1/4 finalçıları məlum oldu
Cəlilabadda orta məktəbin binası yanıb
Sakit okeanda 5,4 bal gücündə zəlzələ olub
Pandemiya şəraitində Azərbaycanda sosial siyasət - “Hədəf”də TƏHLİL (FOTO)
"Sevilya" və "Bayer" Avropa Liqasının 1/4 finalına vəsiqə qazandılar
Beyrutda partlayış baş verən limanın administrasiyasının 16 əməkdaşı saxlanılıb
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub
Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
Türkiyədə koronavirusdan sağalanların sayı 220 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması üçün yerlər seçilir
İspaniyada 30 minlik şəhər təcrid edildi
Hikmət Hacıyevin EFE informasiya agentliyinə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib (FOTO)
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Azərbaycanın QDİƏT PM-dəkı nümayəndə heyəti təsdiqlənib
Finlandiya səyahətlərə yenidən məhdudiyyət qoydu
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib (FOTO)
Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir (FOTO/VİDEO)
Salyanda “Tut ağacı” kafesinin gizli fəaliyyət göstərdiyi aşkarlanıb (FOTO/VİDEO)
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya ediləcək
İki brend bir arada - BirKart Umico kartını qarşılayın!
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub (FOTO/VİDEO)
“Lavanguardia” qəzeti: Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil
Baş Nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür
Sahil Babayev: Son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb
Tarixi abidəyə müdaxilənin qarşısı alınıb (FOTO)
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb (FOTO)
Vüqar Rəhimzadə: Neft strategiyasının uğurla reallaşması hədəfləri gerçəkləşdirir
Mikayıl Cabbarov: Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
Avqustun 7-də dolların manata qarşı məzənnəsi
“AccessBank”da kredit şərtini özün seç!
13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmə bu ay da veriləcək
Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxdu, 435 nəfər sağaldı, 3 nəfər öldü
Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər
AQTA Salyan və Sabirabadda monitorinq keçirdi (FOTO)
Monteneqro Azərbaycan üçün sərhədləri açır
Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi: Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir
Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla təşkil ediləcək
Sabah Milli Məclisdə 6 məsələ müzakirə ediləcək
Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın
Azərbaycan Prezidenti: İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
Azərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi
Prezident İlham Əliyev: Əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur
Gədəbəy Kommunal Müəssisələri Kombinatı təkzib yayıb
Prezident İlham Əliyev: Müsbət dinamika indi karantin rejiminin yumşalmasına gətirib çıxarır, ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır
Azərbaycan Prezidenti: Neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək
Prezident İlham Əliyev: Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin
Prezident İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb (FOTO)
AQTA daha 97 obyektdə nöqsan aşkarladı
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu (FOTO)
Bakıda parkda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 850-dən çox orqan transplantasiya əməliyyatı icra edilib
“Qəbələ” daha bir legionerini geri aldı
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Türkiyədə 9 deputat koronavirusa yoluxub
Tovuzda dəymiş ziyanın aradan qaldırılması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Daşkəsən dəmir filizi yatağının istismara verilməsi üçün ilkin olaraq üç milyon manat ayrıldı - SƏRƏNCAM
İyulda ödənilən sosial müavinət və yardımın həcmi açıqlandı
Hansı şəxslər təhsil almadan peşə təhsili sənədi ala biləcək?
Polşada koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan edib
Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin olunub (FOTO)
Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları növbəti dəfə video qəbul formatında dinləyib (FOTO)
Kaspersky kiçik və orta sahibkarlığı qorumaq üçün həllər üzərində işləyən startaplar axtarmağa başlayır
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq
Koronavirusla bağlı yaradılan 814 Çağrı Mərkəzi bu müraciətləri qəbul edir
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib - Baş Prokurorluq
Bu gün biz hibrid müharibəsi ilə üz-üzəyik - Hikmət Babaoğlu
DİM: Dövlət qulluğuna imtahan verib nazir müavini vəzifəsinə yüksələn də var
Koronavirusun zəif nöqtəsi aşkar edilib
"Ukrtransnafta" Belarusa nəql olunacaq Azərbaycan neftinin tankerdən boşaldılmasına başlayıb
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi
Milli Məclisin bügünkü növbədənkənar iclası başa çatdı
Müdafiə Nazirliyi: Avqustun 9-da keçiriləcək andiçmə mərasimində valideynlərin iştirakı qadağandır
İranda koronavirusdan ölənlərin sayı 18 minə çatır
Əli Hüseynli xüsusi rütbəli şəxslərin məxfiliyi ilə bağlı nazir müavininə sual ünvanlayıb
Rusiyada koronavirusa yoluxanların sayı 870 mini keçib
Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi
Dövlət strukturunda strateji baxımdan müzakirələrə ehtiyac var - Siyavuş Novruzov
Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir
Hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz - Nazir müavini
Peşəyə müstəqil yiyələnənlər də təhsil sənədi alacaq - Qiymətləndirilmə başlandı
Nazir müavini uşaq pulu ilə bağlı məsələyə münasibət bildirdi
Rusiyada dəmiryol stansiyasında partlayış - Ölən var
Sabah hava küləkli olacaq
Anar Əliyev: I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb
Bu ilin əvvəlindən “Məşğulluq” altsisteminə 100 mindən çox vakansiya daxil edilib
Bütün xəbərlər