Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb

Bakı. Trend:

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Laçın rayonundan məcburi köçkün Ramil Xudayarov yazır: “Hörmətli cənab Prezident, mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də, valideynlərimin mənə danışdığı təəssüratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir. Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun “Taxta körpü” ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunmuşdur. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

İsmayıllı rayonunun Talıstan kəndinin sakinləri adından Sihət Şirəliyev: “Möhtərəm cənab Prezident, Sizin bu günlərdə rayonumuzun su təchizatının yaxşılaşdırılması məqsədilə 10 subartezian quyusunun qazılması ilə bağlı verdiyiniz Sərəncam rayonumuzun bütün sakinləri kimi, bizi də ürəkdən sevindirir. Belə quyuların kəndimizdə də qazılacağına hədsiz dərəcədə sevinir və Sizə bütün kənd sakinlərinin minnətdarlığını, dərin hörmət və ehtiramını yetiririk. Ölkəmizin rifahı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik”.

Bakı şəhərinin Yasamal rayonundan Əməkdar jurnalist Mahir Məmmədlinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, bütün dünya, o cümlədən Azərbaycan üçün koronavirus pandemiyasının yaratdığı problemlər fonunda "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu. Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı - sahibkarlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşlara diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası, doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pusquda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara buraxmamalıdırlar. Cənab Prezident, koronavirusla mübarizə apardığımız bir vaxtda milli mətbuatımızın 145 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamağınız jurnalistləri heç vaxt unutmadığınızın, "mənim köməkçilərim" adlandırdığınız bizə daim diqqət göstərdiyinizin isbatıdır. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşamış biriyəm və Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağında fəxr edirəm”.

Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin müəllimi Gülbikə Məmmədova: “Hörmətli cənab Prezident, Qarabağ məsələsi bizim ən ağrılı yerimizdir. Beynəlxalq təşkilatlar bu məsələyə qarşı biganəlik nümayiş etdirirlər. Bəzən bizi həmin tribunalardan pisləyib gözdən salmaq istəyirlər. Lakin Siz bu məsələdə Azərbaycanın mövqeyini layiqincə təmsil edirsiniz. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışınız bizi sabaha daha da ümidləndirdi. Siz Ermənistanın hökumət başçısını susdurdunuz. O, deməyə söz tapmadı. Bu düşmən tərəfin haqsız olduğunu bir daha təsdiqlədi. Ulu Tanrının köməyi və Sizin düşünülmüş siyasətinizlə Qarabağ məsələsinin ədalətli həllini tapacağına inanırıq. Biz daim Sizin siyasətinizi dəstəkləyirik. Əgər müharibə olarsa, qadın olmağıma baxmayaraq, Sizin əmrinizlə torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etməyə daim hazıram”.

İsmayıllı rayonunun Hacıhətəmli kəndinin sakinləri Maqsud Hüseynov, Nazim Ağakişiyev, Əvəz Kərimov, Əlişir Babliyev və Ramil Salmanov yazırlar: “Hörmətli cənab Prezident, İsmayıllı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamınız bütün İsmayıllı sakinləri kimi, Hacıhətəmli kənd sakinlərinin də sevincinə səbəb olmuşdur. Uzun illər susuzluqdan əziyyət çəkən Hacıhətəmli kənd sakinləri Sərəncamınızla içməli su ilə təmin olunacaq və kəndin əsas problemlərindən biri həllini tapacaqdır. Bu böyük diqqət və qayğınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda Sizə yeni uğurlar diləyirik”.

Salyan rayonunun Şorsulu kəndinin sakinləri adından Akif İbrahimov, Rəis Abdullayev, Nizami Şükürov, Şahmar Cavadov, Emin Hüseynzadə və Yusif Sadıqzadə yazırlar: “Möhtərəm cənab Prezident, Salyan rayonunun Şorsulu kəndinin sakinləri Sizin göstərişlərinizlə rayonumuzda görülən böyük quruculuq işlərini, iqtisadi həyatımızın yaxşılaşması üçün həyata keçirilən tədbirləri, mədəni həyatımızın yüksəlməsi üçün verdiyiniz sərəncam və fərmanları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Koronavirusla əlaqədar gördüyünüz qabaqlayıcı tədbirlər böyük alqışa layiqdir. Pandemiya dövründə təqaüdlərimizi, sosial yardımları, 190 manat məbləğində birdəfəlik ödəməni vaxtında ala bildik. Pandemiya dövründə xalqımızın indiyədək az itki verməsi, həmçinin əvvəlki illərdə təbii fəlakətlər zamanı çətinə düşmüş insanlara böyük kömək göstərilməsi onu deməyə əsas verir ki, Siz Azərbaycan xalqının xilaskarısınız. Taleyimizin etibarlı əllərdə olmasından mənəvi rahatlıq tapırıq. Allah Sizə və ailənizə hər zaman firavan həyat qismət eləsin”.

Gəncə şəhərindən Mehman Rzayev: “Çox hörmətli cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə hər səfəriniz şəhərimizin gündən-günə inkişaf etməsinə, çiçəklənməsinə, gözəlləşməsinə xidmət edir. Sizin diqqət və qayğınız sayəsində Gəncə bu gün sənaye mərkəzinə çevrilir, yeni layihələr həyata keçirilir. Vətəndaşların maddi rifahının yaxşılaşdırılması, onların sağlamlığının qorunması istiqamətində atılan addımların bariz nümunəsi kimi yeni tikilən müəssisələri, açılan iş yerlərini, inşa edilən müasir tipli xəstəxanaları, universitet binalarını, tələbə yataqxanalarını, məktəb və bağçaları xüsusi qeyd etmək lazımdır. Sizin hər səfərinizdə verdiyiniz tapşırıqlar, rəhbərliyinizlə həyata keçirilən böyük layihələr qədim Gəncənin daha da yaraşıqlı və müasir bir şəhər olması üçün vacibdir. Sizin Gəncənin inkişafı üçün ayırdığınız böyük maliyyə vəsaitləri şəhərimiz üçün tarixi qərardır. Bu gün bütün dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda qəbul etdiyiniz məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısında acız qalmır. Yeni xəstəxanalar, tibb ocaqları tikilir, bir sözlə, vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görülür. Cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan möhkəm cansağlığı arzu edirəm. Ümid edirəm ki, Sizin uzaqgörənliyiniz və böyük təcrübəniz sayəsində xalqımız bütün çətinlikləri arxada qoyacaq. Bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm”.

Zaqatala şəhərindən Turan Əsədov dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Möhtərəm cənab Prezident, bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətlər, qısa müddətdə çoxlu sayda laboratoriyanın, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, bu çətin günlər tezliklə arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcək”.

Biləsuvar rayonunun Günəşli kəndindən Bəhruz Nəbili: “Hörmətli cənab Prezident, Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pandemiya dövründə verdiyiniz sərəncamlar əhalinin məşğulluğunun daha da artması üçün böyük perspektiv vəd edir. Biləsuvar aqrar rayon olduğu üçün buranın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz sərəncamlar rayon sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artırır. Uzun illərdir ki, rayonumuzda su çatışmazlığı ucbatından yaranan bir çox çətinliklər əlimizi işdən soyutmuşdu. Bir müddət bundan əvvəl rayonumuzun bir neçə kəndinin, son Sərəncamınızla isə Çinarlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə vəsaitin ayrılması biz biləsuvarlıları çox sevindirdi. Göstərilən qayğıya görə bütün biləsuvarlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm”.

Şirvan şəhərindən Rafiq Səfərov: “Hörmətli cənab Prezident, Siz Azərbaycanda COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində böyük işlər görürsünüz. Bu ağır şəraitdə pandemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz tədbirlər, səhiyyə sistemimizin günün tələblərinə uyğunlaşdırılması, əhalinin sosial rifah halının qorunması istiqamətində atdığınız addımlar, insanlarımıza verdiyiniz dəyər xalq tərəfindən alqışlanır. Cənab Prezident, bizə verdiyiniz dəyərin ölçüsü yoxdur. Mən ailə üzvlərimizlə birlikdə vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, yaşadığımız bu mürəkkəb dövr tez bir zamanda sona çatacaq, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək. Azərbaycanın işıqlı gələcəyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Sizə bu çətin və şərəfli yolda daim uğurlar arzu edirik. Biz şirvanlıların xeyir-duası həmişə Sizinlədir. Allah Sizi qorusun!”.

Bakının Binəqədi rayonundan Orxan Bəylərov: “Möhtərəm cənab Prezident, Siz cəmiyyətimizi və dövlətimizi vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlardan qorumaq, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxsləri ifşa etmək və onları cəzalandırmaq üçün əlinizdən gələni edir, bununla bağlı göstərişlər verirsiniz. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “Çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun!”.

Saatlı rayonunun Əliabad kəndinin sakinləri İsmayıl Əliyev, Bahadur Mirzəyev, Əliabbas Namazov, N.Əliyev və X.Niyazov yazırlar: “Möhtərəm cənab Prezident, Siz çıxışlarınızda bildirirsiniz ki, məmurlar xalqın xidmətçisidir və xalqa xidmət etməlidirlər. Biz bu gün bu sözlərin, məmurlar qarşısında qoyduğunuz tapşırıqların real nəticələrini görürük. Saatlı rayonunda da Sizin dəyərli sözlərinizin təsiri hiss olunmaqdadır. Belə ki, rayonumuzda su qıtlığının aradan qaldırılması, təsərrüfatların suvarma suyu ilə təminatı üçün lazımi işlər görülür. Bunun üçün böyük işçi qüvvəsi, texnika cəlb edilmişdir. Cənab Prezident, kənd təsərrüfatının inkişafına, fermerləri narahat edən məsələlərin həllinə bu cür səy göstərdiyinizə görə Sizə minnətdarıq. Əhaliyə olan xoş münasibət Sizin çıxışlarınızdan, tapşırıqlarınızdan qaynaqlanır. Allah işlərinizi avand eləsin!”.

Bakı şəhərindən Kamal Mənsimov: “Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “Çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun!”.

Salyan rayonunun Ərəbqardaşbəyli kəndinin sakinləri Samit Quliyev, Həbib Seyidov, Yusif Əliyev, Məryəm Abdullayev və Alim Cəfərov: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var. Pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd etmək istəyirəm. Akademik Zərifə xanım Əliyeva vaxtilə demişdir: “Həkim insanlara Günəş qədər lazımdır". Biz bu gün bu sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidiyik. Həkimlərimiz də çox sağ olsunlar ki, böyük ruh yüksəkliyi ilə çalışırlar. Əziz Prezidentimiz, bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmaması biz vətəndaşları sevindirir. Kəndimizdə 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir. Bu da Sizin Azərbaycan təhsilinə verdiyiniz qiymətin təzahürüdür. Bundan əlavə, kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmişdir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Göstərdiyiniz bütün bu diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir və siyasətinizi daim dəstəklədiyimizi bildiririk”.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindən Mehriban Əsgərova: “Çox dəyərli və hörmətli Prezidentim, dönüb keçmişə nəzər salanda, Azərbaycanımızın nə qədər inkişaf etdiyini, necə gözəlləşdiyini görəndə insanın ürəyi fəxr hissi ilə dolur. Bu inkişafın xüsusilə Sizin prezidentlik dövrünüzdə baş verməsi danılmaz faktdır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bu günə qədər bütün çətinliklərin öhdəsindən əzmlə gələrək uğurlar əldə etmiş, Vətənimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutmasına nail olmusunuz. COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan tələfatına səbəb olduğu hazırkı zamanda, Sizin tərəfinizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın bu bəladan qorunması üçün zamanında və operativ tədbirlər görməyiniz, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayırmağınız, sahibkarlara dəstəyiniz göz önündədir. Təbii ki, mən də bir vətəndaş olaraq bunları görürəm və qiymətləndirməyə bilmərəm. Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Sağ olun, cənab Prezident”.

Şəki rayonunun Kiçik Dəhnə kəndindən Nüsrət Haqverdiyev yazır: “Hörmətli cənab Prezident, Sizin aqrar sahəyə ayırdığınız diqqət, göstərdiyiniz qayğı kəndlilərin torpağa, əkin-biçinə marağını daha da artırmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizdə suvarma suyu ilə bağlı çətinliklər vardır. Bu çətinliklərin aradan qaldırılması üçün Sizin mütəmadi olaraq sərəncamlar imzalamağınız, lazımi göstərişlər verməyiniz məsələnin həllində əvəzsiz rol oynayır. Həm yeni suvarma kanalları çəkilir, həm də respublikamızın müxtəlif bölgələrində subartezian quyuları qazılaraq istifadəyə verilir. Bizim Kiçik Dəhnə kəndində son bir ayda 2 yeni subartezian quyusu yerli sakinlərin sərəncamına verilmişdir. Həmçinin bir subartezian quyusu təmir olunmuş və yararlı vəziyyətə gətirilmişdir. Əziz Prezidentimiz, kəndlilərin Sizə minnətdarlığı və alqışı sonsuzdur. İndi növbəti əkin işlərinə həvəsimiz daha da çoxalıb. Çalışacağıq ki, tarlalardan bol məhsul götürək, öz işimizlə göstərilən diqqətin qarşılığını verək. Allah işlərinizi avand eləsin!”.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən Cavid İsmayılov: “Çox hörmətli cənab Prezident, bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasət bizi bu gözəgörünməz düşmənin daha böyük təsirlərindən qorumaqdadır. Bu gün dünya dəhşətli pandemiya ilə mübarizə aparır. Dünyada hər gün minlərlə insan həlak olur. Lakin biz Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin pandemiya ilə mübarizədən alnıaçıq çıxacağına ümidliyik. Yüksək təhlükəsizlik tədbirləri, xüsusi karantin rejiminin tətbiqi və vaxtında verdiyiniz digər bu kimi qərarlar təqdirəlayiqdir. Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram”.

İsmayıllı şəhərindən Vüqar Muradəliyev: “Möhtərəm cənab Prezident, İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 subartezian quyusunun qazılması məqsədilə imzaladığınız 2020-ci il 1 iyul tarixli Sərəncam İsmayıllı sakinlərini ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları söz yox ki, şəhər əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaqdır. Cənab Prezident, İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaqqalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaqdır”.

Zaqatala rayonunun Əliabad qəsəbəsindən Kamran Məmmədov və Səməd Vahabov yazırlar: “Hörmətli cənab Prezident, əvvəla Sizi səmimi qəlbdən salamlayıram. Hazırda koronavirus pandemiyası dünya ölkələrini təşvişə salaraq, iqtisadi böhran yaratmaqdadır. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Bu gün ölkəmizdə də bir çox insan bu virusun təsirindən əziyyət çəkməkdədir. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən, qabaqlayıcı tədbirləriniz və səyləriniz sayəsində Azərbaycanda digər ölkələrlə müqayisədə bu virusa yoluxanların sayı azlıq təşkil etməkdədir. Pandemiya ölkəmizdə yayılmağa başlayandan virusa yoluxan xəstələr üçün müasir standartlara cavab verən xüsusi xəstəxanaların istifadəyə verilməsi, xalqımızın maddi rifahı üçün sosial tədbirlərin həyata keçirilməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Cənab Prezident, bütün bu işlərinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Buna görə Sizə dərin təşəkkürümüzü bildirir və Allahdan Sizə cansağlığı arzulayırıq”.

Azərbaycanda 89 nəfər koronavirusa yoluxdu, 207 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Azərbaycanda 89 nəfər koronavirusa yoluxdu, 207 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Baş Prokurorluq ötən həftə baş verən hadisələri əks etdirən videoçarx hazırlayıb (VİDEO)
Baş Prokurorluq ötən həftə baş verən hadisələri əks etdirən videoçarx hazırlayıb (VİDEO)
Loading Bars
Xəbər lenti
Azərbaycan neftinin qiyməti dəyişib
Sumqayıtda minik maşını avtobusla toqquşub, 1 nəfər ölüb
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır - Deputat
Qazaxda 1 ədəd partladıcı aşkarlanıb (FOTO)
Fransa eşitmə məhdudiyyətli şəxslər üçün maska istehsal edir
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir
Azərbaycanda 89 nəfər koronavirusa yoluxdu, 207 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
Koronavirusdan sağalan həkim Cavid Paşayev evə buraxılıb (FOTO)
Baş Prokurorluq ötən həftə baş verən hadisələri əks etdirən videoçarx hazırlayıb (VİDEO)
Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq - QƏRAR
Tibbi maskadan istifadə və şəxsi gigiyenanın gözlənilməsi gündəlik həyatımızın bir parçası olmalıdır - Deputat
ABŞ Polşada qoşunlarının sayını artırır
Bakıda özünü dənizə atan şəxs xilas edildi
Koronavirusla mübarizədə Azərbaycan dövləti yetərincə müsbət nəticələr əldə edib - Deputat
Bakıda körpünün üzərində qəza olub (FOTO)
Fuad Nurullayev: Hazırda dini ayinlərin məscidlərdə keçirilməsi virusun yayılması baxımından real təhlükə yaradır
Mingəçevirdə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi saxlanıldı (FOTO)
Rusiyada koronavirus vaksininin istehsalı başlayıb
QMİ: Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək zəruridir
Rusiyada koronavirusa yoluxanların sayı 917 min nəfəri keçdi
Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var - Azay Quliyev
Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil
Fransa Azərbaycanlıları Koordinasiya Şurası hesabat verib və Şuranın yeni əlaqələndiricisi seçilib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO/VİDEO)
İranda koronavirusa yoluxanların sayı 340 mini keçib
Sabirabadda kafe yanıb
Sumqayıtda bir nəfərə zor tətbiq edib, görüntüləri sosial şəbəkələrdə yayanlar saxlanılıblar (FOTO/VİDEO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir
Zaqatalada qaydaları pozan velosipedçilər cərimələnib (FOTO)
XİN Ermənistanın Kəlbəcərdə saldığı yeni qanunsuz yaşayış məskəninin peyk görüntülərini yayıb (FOTO)
Ermənistanda koronavirusa yoluxma sayı artır
AQTA: Kafe və restoranlarda müştəri qəbulu normadan 2 dəfə az olmalıdır
Hikmət Hacıyev: Biz Paşinyanın özünü komik vəziyyətə salmasının Münhendə Prezident İlham Əliyevlə debatı zamanı da şahidi olmuşduq
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək
Mülki şəxslərin qadına qarşı zorakılıq etməsi ilə bağlı yayılan iddialar əsassızdır - Polis
Koronavirusa yoluxan həkim Cavid Paşayev sağalıb, bu gün evə buraxılacaq
Prokurorluq Abşerondakı qətllə bağlı məlumat yayıb
Qatqı maddələri, yoxsa qida əlavələri?
Braziliyada bir gündə koronavirusa 50 644 nəfər yoluxub
Həftəsonu ictimai nəqliyyatın bərpası müzakirə olunacaq
Xaricdən avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər - Hikmət Hacıyev
Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər - PA rəsmisi
Operativ Qərargah toylardan danışdı
Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun qərar yoxdur - Şöbə müdiri
Çin və İtaliyadan gələn həkimlər ödənişli əsaslarla fəaliyyət göstərmirlər - Operativ Qərargah
Bir valideyn olaraq məktəblərin bağlı qalması məni də narahat edir - PA rəsmisi
Epidemiya başlayandan ön cəbhədə olanlardan biri polis əməkdaşlarıdır - Şöbə müdiri
TƏBİB: Karantin rejimi xəstəxanalarda doluluq səviyyəsi ilə müəyyən edilmir
Hikmət Hacıyev: Vətəndaşların bir qismi təyyarə göndərilən məqamda gəlməkdən imtina etdi
Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur - Hikmət Hacıyev
TƏBİB: Rusiyadan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq
Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə alınması üçün işlər görüləcək - Operativ Qərargah
Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir - Şöbə müdiri
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
Prezidentin köməkçisi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
Açılmalara getdiyimiz zaman yoluxmada artımlara hazır olmalıyıq- TƏBİB
Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - Hikmət Hacıyev
Paytaxtda sərnişindaşımaya 100 avtobus da əlavə olunub
Tədrisin bərpası kompleks şəkildə araşdırılır - Prezidentin köməkçisi
Hikmət Hacıyev: Qismən və cüzi artma müşahidə olunur, bu da insanların aktivlik dinamikası ilə bağlıdır
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO)
Mingəçevirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO)
Binəqədidə zibil qutularının olmadığı ərazi tullantılardan təmizlənib, konteynerlər qoyulub
Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib (FOTO)
Cənubi Koreyada mart ayından sonra ən yüksək yoluxma qeydə alınıb
Kafe və restoranlarda qəlyan çəkməyə və 6 nəfərdən artıq toplaşmağa icazə verilməyəcək
Kafe və restoranların iş qrafiki açıqlanıb
Operativ Qərargah kafe və restoranlarla bağlı qərar verdi
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
Paytaxtda karantin rejiminə əməl etməyən satış obyektləri aşkarlanıb (FOTO)
Deputat Sevil Mikayılova Türkiyənin “Ekotürk” telekanalına müsahibə verib (VİDEO)
KİV: "Barselona" baş məşqçini istefaya göndərəcək
Xaçmazda narkotik becərən şəxslər saxlanıldı (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 30 dəfə pozub
Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edilir (FOTO/VİDEO)
Ağsuda istifadəyə verilən subartezian quyusu ilə 25 hektar ərazini suvarmaq mümkün olacaq
Hindistan konstruktiv, etibarlı qlobal aktordur
Hindistan 74-cü Müstəqillik Gününü qeyd edir
Azərbaycanın Ukraynaya neft və neft xammalının ixrac həcmi açıqlanıb
İsraildə koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb
Qazaxıstanda daha 439 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Rusiya və İsveçrə arasında hava əlaqəsi bərpa edilir
Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildirib
Moskvada bir sıra aviareys ləğv edilib
BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb
Kanada-ABŞ sərhədi sentyabrın 21-dək bağlı qalacaq
"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb
Bütün xəbərlər