...

Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb

Siyasət Materials 14 İyul 2020 15:38 (UTC +04:00)
Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb

Bakı. Trend:

Moldova XİN Azərbaycan-Ermənistan sərhədində insan itkisi ilə nəticələnən baş verən silahlı toqquşmaları narahatlıqla izləyir.

Trend-in məlumatına görə, bu barədə Moldova KİV-ləri rəsmi məlumat yayıb.

Məlumatda həlak olanların ailələrinə başsağlığı ifadə olunub və tərəflər güc tətbiq etməməyə çağırılıb.

Nazirlikdən o da qeyd olunub ki, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatına qayıtmağa dəvət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti