...

Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub (FOTO)

Siyasət Materials 11 Sentyabr 2020 18:54 (UTC +04:00)
Sahibə Qafarova TBMM-in binasının bombalanmış hissəsi ilə tanış olub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) inzibati binasının bombalanmış hissəsi ilə tanış olublar.

Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Nümayəndə heyətinə burada o dövrkü hadisələr barədə geniş məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti