Paşinyanın növbəti mifi - TƏHLİL

Paşinyanın növbəti mifi - TƏHLİL

Bakı. Azər Nuriyev - Trend:

Ermənistanı iki ildən artıqdır ki, idarə edən Nikol Paşinyan bu müddət ərzində nə ilə yadda qalıb?

Bu sual bu gün sadə erməni ilə yanaşı, cəmiyyətin ən müxtəlif təbəqəsində təmsil olunanları da düşündürür. Dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu bilməyən bu küçə adamı daha çox populist bəyanatlar, avantürist çıxışlar, hətta əvvəlki rəhbərliyin belə cürət edib dilə gətirmədiyi cəfəng fikirləri ilə diqqət çəkib. Artıq bu gün hamı görür ki, inqilabçı hökumət rəhbəri üzərinə düşən hüquq və vəzifələri də dərk etmir, hansı funksiyanı daşıdığını belə anlamır. Saxta vədlər, səsləndirdiyi sərsəm açıqlamalarla tək özünə deyil, ölkəsinə necə ciddi fəlakətlər törətdiyinin fərqinə varmır.

Məhz bu "qabiliyyəti"nə görə, o, demokratiya və dözümlülük prinsipini əlində dəstəvuz edərək bütün rəqiblərini sıradan çıxarmağa müvəffəq oldu. Hətta ona qarşı çıxanları “asfalta döşəyəcəyini” deməkdən belə çəkinmədi. Təsadüfi deyil ki, bu gün erməni siyasətçilərindən biri Paşinyanı dünyanın ən uğursuz siyasətçilərindən biri kimi xarakterizə edib. Reallıq budur ki, bu gün Ermənistanın özündə hökumətin rəhbərindən kəskin narazılıq var. Ölkədə yaşamaq dözülməz hal alıb. Əhali maddi problemlərdən və işsizlikdən şikayətlənir. Siyasətçilər və media onun əleyhinə inqilabın yetişdiyini açıq şəkildə bəyan edirlər. Baş nazir isə bütün bunların fonunda öz ampluasındadır. Əvvəlki kimi təhrikçi, avantürist açıqlamalar verərək, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır.

Ermənistan mətbuatı yazır ki, ölkə hökumətinin başçısı xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.

Həqiqətən, Ermənistanda əhalinin böyük əksəriyyəti N.Paşinyana inanmır. Rəy sorğuları da bu qənaəti bölüşür. Son sorğulardan birində respondentlərin 75 faizi hökumətə etimad göstərmədiyini üzə çıxarıb. Bu da onu deməyə əsas verir ki, Paşinyanın qeyri-ciddi, populist siyasəti iflasa məhkumdur. Baş nazir də bunları qulaqardına vuraraq erməniləri kosmosa çıxarmaqdan, futbol üzrə dünya birinciliyini ələ almaqdan dəm vurur. Ölkəsinin 2050-ci ilə kimi transformasiya strategiyasını təqdim edən Nikol növbəti dəfə erməni mediasının, müxalifət partiyalarının, siyasilərinin gülüş obyektinə çevrilib.

“Məxməri inqilab” liderinin strategiyasından bəzi tezislərə nəzər saldıqda, hətta ən optimist insanın belə üzündə gülüş yaranır. Məsələn, əhali sayını minimum beş milyona çatdırmaq, 1 milyon 500 min iş yeri yaratmaq və iş yerləri açmaqla yoxsulluq həddini aşmaq. Ümumdaxili məhsulun həcmini 20 dəfə artırmaq, orta aylıq əmək haqqını 7 dəfə yüksəltmək, erməniləri 90 yaşa kimi yaşatmaq və buna bənzər s. populist fikirlər... Baş nazir bütün bu cəfəngiyyatı səsləndirərkən bir yerdə də olsun hansı resurslarla buna nail olunacağını açıqlamır. Hətta strategiyasını canfəşanlıqla elan etməkdən də çəkinmir. Ən maraqlı və gülüş doğuran hal isə onun futbolla bağlı səsləndirdiyi fikirlərdir - Olimpiya oyunlarında minimum 25 qızıl medal əldə etmək, futbol üzrə Ermənistan millisini dünya, yaxud Avropa birinciliyinin mükafatçısı etmək və nəhayət turizmi genişləndirmək, il ərzində 15 milyon turisti ölkəyə cəlb etmək. Maraqlıdır ki, hətta Gürcüstan kimi turizm üzrə ixtisaslaşan bir ölkə bu rəqəmi səsləndirməyə cürət etməyib.

Bəs Nikolun belə bir populist strategiyanı ortaya çıxarmaqda məqsədi nədir? Axı, bunu reallaşdırmağa nə insani, nə maddi resurs mövcuddur. Amma insaf naminə deyək ki, başı bir qədər də olsa işləyir. Strategiyanı nə az - nə çox, düz 30 ilə reallaşdırmağı planlaşdırır. Yəni, ay erməni vətəndaşı, bu müddət ərzində səni kosmosa uçuracağam, narahat olma!

Ən optimist erməni şərhçiləri belə baş nazirin ambioz planlarının kütləyə hesablandığını bildirir, hətta nəşrlərdən biri onu məşhur nağıl qəhrəmanı baron Münhauzenə bənzədib. Həmin münasibətlərdən biri diqqət çəkdiyindən ona toxunmaq istədik. Məşhur erməni politoloq Ara Papyan Paşinyanın strategiyasına əməllicə “gül” düzüb. Strategiyanı məşhur bir lətifə ilə eyniləşdirib. Bildirir ki, qız və oğlan küçə ilə gedir və bu zaman oğlan qıza deyir ki, ona ayı, ulduzları hədiyyə edəcək. Qız isə “sənin cibində siçanlar oynayır, gəl gedək bir stəkan kofe içək”. Ardınca Nikolun kosmosa çıxmaq planını alt-üst edən politoloq “baş nazir ay və ulduzlardan danışır, halbuki, ən elementar məsələləri həll etmək iqtidarında deyil. Nikol Paşinyan öz işi ilə məşğul olmalıdır. Öz qarşısında realistik proqramlar qoymalı və hakimiyyətdə olduğu dövrdə onları həll etməlidir”.

Beləliklə, görünən odur ki, baş nazir hələ inqilab eyforiyasının təsirindən qurtulmayıb. Hələ də bədbəxt vəziyyətinə salınan erməni xalqının başının altına yastıq qoyur. Lakin anlamalıdır ki, onu küçədən hakimiyyətə gətirən həmin kütlə hər an onu küçənin ortasına da ata bilər.

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Bütün xəbərlər