Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər

Deputat: Azərbaycan torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə, nəticə Ermənistan üçün ağır ola bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan heç bir halda təkbaşına Azərbaycan ərazilərini işğal edib torpaqlarımızda qeyri-qanuni fəaliyyət həyata keçirmək iqtidarında deyil. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ümumiyyətlə Ermənstanın yaranma tarixinə nəzər saldıqda bu ölkənin Azərbaycanın tarixi ərazilərində süni şəkildə yaradıldığının şahidi oluruq.

A.Həsənova vurğulayıb ki, indiki Ermənistan ərazisində vaxtilə Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı yerləşirdi:

“Tarixdən məlumdur ki, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında ermənilər süni şəkildə kütləvi olaraq Azərbaycanın tarixi torpaqlarına köçürülüb və sonradan Azərbaycan ərazisində Ermənistan adlı dövlət yaradılıb, Azərbaycan dövlətlərindən olan İrəvan xanlığının paytaxtı olmuş İrəvan şəhəri də bu süni dövlətin paytaxtı kimi ermənilərə güzəştə gedilib. O vaxtdan indiyə qədər Ermənistan heç zaman müstəqil dövlət olmayıb və havadarlarının dəstəyi ilə daim ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış edib”.

Deputat vurğulayıb ki, bu gün Ermənistanla Azərbaycan arasında müqayisə apardıqda Ermənistanın Azərbaycan qarşısında çox aciz və köməksiz durumda olduğu məlum olur: “İstər sosial-iqtisadi, istər ictimai-siyasi, istər vətənpərvərlik, istər demoqrafik və digər parametrlər üzrə Ermənistan Azərbaycandan müqayisə olunmayacaq dərəcədə geridə qalır. Ermənistanın Statistika Komitəsinin hesabatına əsasən təkcə 2020-ci ilin ikinci rübündə Ermənistanın ümumi daxili məhsulu 13,7 faiz azalıb. Bu ilin ilk 6 ayı ərzində Ermənistan iqtisadiyyatı 7,1 faiz azalıb.

Azərbaycanla Ermənistanın dövlət büdcələrini də müqayisə etdikdə vəziyyət aydın şəkildə ortaya çıxır. Belə ki, dollar ekvivalentində Ermənistanın 2020-ci il dövlət büdcəsinin gəlir proqnozu 3,5 milyard dollar, xərcləri isə 3,8 milyard dollar təşkil edir. Azərbaycanın 2020-ci il büdcəsində isə gəlirlər 14 milyard dollardan, xərclər isə 15,8 milyard dollardan çoxdur. 2020-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən Ermənistanın ümumi dövlət borcu 7,3 milyard dollar təşkil edib ki, bu da rəqəmlərdə göründüyü kimi çox acınacaqlı bir vəziyyətdir. İqtisadi baxımdan bu cür acınacaqlı vəziyyətdə olan bir ölkə təkbaşına özündən qat-qat güclü Azərbaycanla necə müharibə apara bilər, ərazilərimizi necə işğal edə bilər?

Azərbaycan Prezidenti cənab İlham Əliyev 19 sentyabr tarixində bununla bağlı Ermənistana açıq mesaj verdi. Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” - fikri əslində açıq siyasi mesajdır. Bu mesaj hadisələrin inkişaf edəcək ssenarilərdən asılı olmayaraq Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu mesaj eyni zamanda gücümüzü, həmçinin siyasətimizin müstəqillik dərəcəsini əks etdirir.

Həm Ermənistan, həm də onun havadarları bu mesajdan nəticə çıxarmalıdır. Çünki Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək qərarına gəlsə nəticələr Ermənistan üçün çox ağır ola bilər. Bu gün Azərbaycan ordusu nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarımızı geri qaytarmaq, hətta vaxtilə Ermənistana bağışlanmış İrəvanın da hesabını sormaq iqtidarındadır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 orduları sırasındadır. Ordumuzda ruh yüksəkliyi, hərbi vətənpərvərlik və döyüş əzmi ən yüksək səviyyədədir. Ordumuz ən müasir silahlarla təchiz olunub və Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq hərbi təlimlər həyata keçirilir və şəxsi heyətin peşəkarlıq səviyyəsi daim artırılır.

Bu gün eyni zamanda Azərbaycan cəmiyyətində işğal edilmiş torpaqlarmızı geri qaytarmaq üçün böyük ruh yüksəkliyi və döyüş əzmi mövcuddur. Elə son Tovuz hadisələri zamanı cəmiyyətimizin birliyi, insanlarımızın kütləvi şəkildə küçələrə axışaraq torpaqlarımızın azad olunması üçün canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmələri, vətəndaşlarımızın yaşından asılı olmayaraq könüllü hərbi xidmətə getmək üçün kütləvi şəkildə hərbi komissarlıqlara müraciətləri cəmiyyətin heç zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağını aydın şəkildə göstərdi.

Göründüyü kimi, sülh və diplomatik üsullara sadiq olan Azərbaycan öz hərbi gücünü tanıyır və müharibə ehtimalını inkar etmir. Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğal olunmuş ərazilərinin adekvat vasitələr ilə qaytarılmasına hazır olduğunu bəyan edir. Cənab Prezidentin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” - ifadəsi müəyyən mənada dövlətin müharibəyə hazır olduğunu bildirir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, təkcə hökumət yox, müharibənin başlanması eyni zamanda xalqın da çağırış və istəyinin nəticəsi kimi ola bilər.

Əgər Azərbaycan indiyə qədər sülh və diplomatik üsullara sadiq qalmasaydı, torpaqlarını çoxdan işğaldan azad edə bilərdi. Lakin Azərbaycanın da səbrinin bir həddi var və artıq bu səbr tükənmək üzrədir. Artıq Azərbaycan hər an alternativ yolla öz torpaqlarını işğaldan azad etmək qərarına gələ bilər, çünki qeyd olunduğu kimi artıq bu, xalqın da tələbi və istəyidir. Eyni zamanda beynəlxalq qanunlara əsasən Azərbaycan hər zaman öz torpaqlarını terrorçulardan təmizləmək hüququnu özündə saxlayır. Nə qədər ki, gec deyil Ermənistan rəhbərliyi və havadarları mövcud vəziyyətdən nəticə çıxarmalı və işğal edilmiş torpaqlarımızdan geri çəkilməlidir. Əks halda Ermənistan qüdrətli Azərbaycan Ordusunun gücünü çox ağır şəkildə hiss edəcək və o zaman onların köməyinə heç kim gələ bilməyəcək”.

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
BirKart sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Loading Bars
Xəbər lenti
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub
Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar - Nazirlik
Kəlbəcərin İstibulaq kəndi (VİDEO)
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yaşayış binasında yanğın olub
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
Ağcabədidə tibb məntəqəsi yanıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Xaçmazda intihara cəhdin qarşısı alınıb
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)
Mir Şahinin vaxtı (VİDEO)
Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb
Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Bütün xəbərlər