...

Hikmət Hacıyev Ermənistanın TRT-ni hədəfə almasını pisləyib

Siyasət Materials 5 Noyabr 2020 14:42 (UTC +04:00)
Hikmət Hacıyev Ermənistanın TRT-ni hədəfə almasını pisləyib

Bakı. Trend:

TRT hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O, yazıb: "Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, TRT və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır".

Xəbər lenti

Xəbər lenti