...

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Siyasət Materials 25 Noyabr 2020 19:14 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən “, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin” sözləri çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti