...

Azərbaycan 10 noyabr razılaşmasının şərtlərini pozmağa heç kimə imkan verməyəcək - Deputat

Siyasət Materials 15 Dekabr 2020 13:32 (UTC +04:00)
Azərbaycan 10 noyabr razılaşmasının şərtlərini pozmağa heç kimə imkan verməyəcək - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan hər zaman üzərinə götürdüyü bütün öhdəliklərinə sadiq qalıb. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanata da ölkəmiz sadiqliyini nümayiş etdirib, hətta humanistlik göstərək ermənilərin Kəlbəcərdən çıxarılması üçün əlavə 10 gün vaxt vermişdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman qarşı tərəfdən də öz vəzifə və öhdəliklərini yerinə yetirməyi gözləyib və tələb edib:

“Bu baxmdan dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu.

Belə ki, xəritədə Rusiya sülhməramlılarının nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər 10 noyabr bəyanatına əsasən Azərbaycan Ordusunun nəzarətindədir və buna görə də həmin xəritə həqiqəti əks etdirmirdi.

Bu cür hallar cəmiyyətimiz tərəfindən qəbul edilmir və ciddi narazıçılıq yaradır. Azərbaycan o torpqalrın azad edilməsi uğrunda qan töküb, şəhidlər verib, yaralanan əsgər və zabitlərimiz olub. O torpaqlar bizim üçün müqəddəsdir və xalqımız heç bir halda xəritədə bu cür dəyişiklik ilə razılaşa bilməz”.

Deputat qeyd edib ki, 10 noyabr bəyanatına əsasən, erməni silahlı qüvvələri həmin əraziləri tamamilə tərk etməli idi: “Azərbaycan tərəfi humanizm nümayiş etdirərək o ərazilərdə “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaratmış, lakin erməni silahlıları vəziyyətdən sui istifadə edərək orada möhkəmləyə çalışmışlar.

Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etmiş, nəticədə ölən və yaralananlar olmuşdu.

Azərbaycan dərhal sülhməramlılarla əlaqə yaradıb, məsələnin ciddiliyini onların diqqətinə çatdırıb, bundan sonra antiterror əməliyyatı keçirərək həmin əraziləri terrorçulardan təmizləyib. Artıq dekabrın 14-də Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib.

Azərbaycan qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti