...

Diplomatik korpusun nümayəndəsi Zəngilan məscidində namaz qılıb - Trend TV-nin reportajı (VİDEO)

Siyasət Materials 6 Fevral 2021 18:49 (UTC +04:00)
Diplomatik korpusun nümayəndəsi Zəngilan məscidində namaz qılıb - Trend TV-nin reportajı (VİDEO)

Bakı. Trend:

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilan məscidində namaz qılıb.

Trend TV-nin Qarabağ bürosunun məlumatına görə, diplomatik Korpusun nümayəndələri Azərbaycanın Azad olunmuş ərazilərinə səfər ediblər.

Səfər çərçivəsində nümayəndələr Zəngilan şəhərində olublar.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti