...

Qarabağdakı vəziyyət ATƏT PA-nın qış sessiyasında müzakirə oluna bilər

Siyasət Materials 10 Fevral 2021 13:51 (UTC +04:00)
Qarabağdakı vəziyyət ATƏT PA-nın qış sessiyasında müzakirə oluna bilər

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Dağlıq Qarabağ mövzusu ATƏT Parlament Assambleyasının 20-ci qış sessiyasında müzakirə oluna bilər.

Bunu Trend-ə ATƏT-in nümayəndəsi deyib.

O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu, ATƏT regionunda, o cümlədən Azərbaycanla bağlı məsələlərin müzakirəsi üçün imkan yaradır:

"Adətən, bu görüşlərdə Qarabağdakı vəziyyət müzakirə olunur. Baş vermiş İkinci Qarabağ müharibəsi fonunda bu il də bunu gözləmək olar".

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 24-dən 26-dək onlayn formatda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti