Bakı. Elçin Mehdiyev - Trend:
Demokratik cəmiyyətin əsas institutlarından biri Mərkəzi Seçki Komissiyasıdır. Azərbaycanda demokratik seçki ənənələrinin özünəməxsus tarixi var.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Yeni Azərbaycan Partiyasının İdarə heyəti bir neçə gün əvvəl MSK üzvlüyünə namizədlərini müəyyən edərkən məhz onların peşəkarlıqlarını, təcrübələrini, onlara olan ictimai etimad kimi mühüm kriteriyaları nəzərə alıb.
Deputat bildirib ki, bu vaxta qədər heç bir halda cəmiyyətin hər hansı siyasi istitutunun və yaxud beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı ciddi şübhələri, iddiaları olmayıb: “Fəaliyyəti dövründə Mərkəzi Seçki Komissiyası ona daxil olan bütün müraciətləri peşəkarcasına, haqq-ədalətə söykənərək araşdırıb və cəmiyyətimizin hüquqi memarlarından birinə çevrilib”.