...

Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov

Siyasət Materials 9 May 2021 17:47 (UTC +04:00)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov

Bakı. Nərgiz Sadıxova - Trend:

Ermənistanda nasist cinayətkar Qaregin Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər.

Bunu Trend-ə rusiyalı tarixçi, siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, Ermənistanda bu gün Qaregin Njde şəxsiyyətinə pərəstiş mövcuddur və nasizmin qəhrəmanlaşdırılması təcrübəsi dövlət siyasəti səviyyəsinə yüksəldilib:

"Müasir Ermənistanda Njdenin şəxsiyyətini qəhrəmanlaşdırılmasının miqyası onun üçün qurulan abidələrin sayı ilə anlaşılır. Şəxsən mən altı şəhərd 8 abidə saymışam".

O Kuznetsovun sözlərinə görə, Ermənistanın 28 yaşayış məntəqəsində nasist cinayətkarın adını daşıyan prospekt, küçə, meydan, xiyaban, körpülər var. Ölkədə onun adı verilmiş kənd də mövcuddur:

"Bir sözlə, Ermənistanda Qaregin Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər. Bu məsələnin əsas təhlükələrindən biri odur k, ermənilər yaşadıqları ölkələrin hər birində dövlətçiliyin təhdidinə çevrilir. Azərbaycan torpaqlarının 30 illik işğalı göstərdi ki, nasizm ideyaları ilə ermənilər tərəqqi iqtidarında deyil və dünyaya yalnız xaos və dağıntı gətirir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti