...

Qalib qardaşların Şuşa görüşü: Növbəti qələbələrin təməli qoyuldu

Siyasət Materials 16 İyun 2021 08:00 (UTC +04:00)
Qalib qardaşların Şuşa görüşü: Növbəti qələbələrin təməli qoyuldu

Bakı. Trend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi münasibətlərin yeni dönəminin başlanmasından xəbər verir.

Şuşa görüşünün ən başlıca önəmi isə imzalanan Şuşa bəyannaməsi oldu. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub.

Sənəddə yer alan iki məsələ isə xüsusilə diqqət çəkir:

- Tərəflər bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürür:

- Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması.

Şuşa Bəyannaməsinin DETALLARI: Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu

Şuşa Bəyannaməsinin DETALLARI: Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdir. Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra bölgədə yeni reallıq yaranıb. Nüfuzlu beynəlxalq təşkilatlar, ölkələr də bu reallığı qəbul edir.

İmzalanmış Şuşa Bəyannaməsi də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Bəyannamə tərəflərin gələcək əmdaşlığı üçün yol xəritəsi rolunu da oynayır.

Bəyannamənin 15 iyunda Şuşada imzalanması isə təsadüfü deyil. 28 il öncə 1993-cü ilidə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

NATO sammitinin yekun sənədi alyansın Cənubi Qafqazda yeni reallıqları qəbul etdiyini göstərir - ŞƏRH

NATO sammitinin yekun sənədi alyansın Cənubi Qafqazda yeni reallıqları qəbul etdiyini göstərir - ŞƏRH

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

28 ildən sonra isə - 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladı. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu.

Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq!

Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti