...

Qarabağ münaqişəsi ATƏT-in "dondurulmuş münaqişələr" siyahısından çıxarılmalıdır - Qazaxıstanlı deputat

Siyasət Materials 2 İyul 2021 18:19 (UTC +04:00)
Qarabağ münaqişəsi ATƏT-in "dondurulmuş münaqişələr" siyahısından çıxarılmalıdır - Qazaxıstanlı deputat

Bakı. Trend:

Qarabağ münaqişəsi ATƏT-in "dondurulmuş münaqişələr" siyahısından çıxarılmalıdır.

Trend-in məlumatına görə, bunu Qazaxıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədri Ayqul Kuslan ATƏT Parlament Assambleyasının qiyabi iclası zamanı deyib.

O, münaqişənin başa çatması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycanı təbrik etmək lazım olduğunu bildirib:

"Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün region üçün, o cümlədən Ermənistan üçün misilsiz imkanlar açır. Marşrutların təşkil olunması vasitəsilə bütün ölkələr üçün böyük perspektivlər yaranıb. Ona görə də Qarabağ münaqişəsi "dondurulmuş" siyahısından çıxarılmalıdır. Bütün dünya ictimaiyyəti əldə olunan sülhün möhkəmlənməsinə xidmət etməlidir".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti