...

Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər

Siyasət Materials 3 Avqust 2021 06:56 (UTC +04:00)
Çexiya əks kəşfiyyat rəhbərinin səlahiyyətləri daha beş il uzadıla bilər

Bakı. Trend:

Çexiyanın Baş naziri Andrey Babiş parlamentdə təmsil olunan tərəfləri ölkənin Təhlükəsizlik və İnformasiya Xidmətinin (əkskəşfiyyat) direktoru Mixal Koudelkanın səlahiyyət müddətinin beş il uzadılması məsələsinə münasibət bildirməyə dəvət edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə hökumət başçısı prezident Miloş Zeman ilə görüşdən sonra jurnalistlərə bildirib.

Qeyd edilir ki, əks kəşfiyyat direktorunun səlahiyyətlərinin müddəti avqustun 15-də başa çatır. Baş nazir sorğusunu Çexiya Parlamentinin deputatlar palatasının (aşağı palata) təhlükəsizlik məsələləri üzrə xüsusi komitə üzvlərinə ünvanlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti