...

Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük - Azərbaycanlı zabit

Siyasət Materials 27 Avqust 2021 19:14 (UTC +04:00)
Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük - Azərbaycanlı zabit

Bakı. Samir Əli - Trend:

Azərbaycan sülhməramlılarının zabiti olaraq Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının tərkibində xidmət edən və bu gün vətənə qayıdan baş leytenant Gündüz Salahov deyib.

O bildirib ki, bu ilin may ayından Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində Azərbaycanı təmsil edir: "Türkiyə hərbçiləri ilə birlikdə Kabul Hava Limanını mühafizə edirdik. Son hadisələrdə isə Türkiyə hərbçiləri ilə birlikdə əhalinin təhlükəsiz təxliyyəsini həyata keçirmişik, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Hazırda vətəndəyik, bundan sonra da Ali Baş Komandan və Müdafiə nazirinin əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq".

Qeyd edək ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti