Bakı. Trend:
ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana rəsmi səfər edəcək.
Trend bu barədə ATƏT PA-ya istinadən məlumat verir.
K.Henriksen Gürcüstana ikigünlük səfərindən sonra Ermənistana və Azərbaycana səfər edərək əməkdaşlıq məsələləri və regional problemləri müzakirə edəcək.
Qeyd edək ki, Kari Henriksen 2021-ci ilin avqustunda ATƏT PA-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub.