...

Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür - David Merkel

Siyasət Materials 11 Noyabr 2021 00:01 (UTC +04:00)
Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür - David Merkel

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev böyük strateji mütəffəkirdir. Regionda sabitliyin təmin edilməsində Azərbaycan Prezidentinin rolu böyükdür.

Bunu Trend-ə açıqlamasında ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib.

O bildirib ki, Azərbaycan 30 il səbrlə BMT qətnamələrinin icra edilməsini gözlədi: “Lakin bunun bir nəticəsi olmadı. Belə olan halda Prezident İlham Əliyev xalqın istəyi və arzusuna uyğun fəaliyyət icra etdi.

Beləliklə o bunu çox uğurlu və qətiyyətli şəkildə etdi. Torpaqlar işğaldan azad edildi. Bunun nəticəsində insanlar 8 Noyabr Zəfər günü kimi qeyd edir. Bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.

Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti