...

Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev

Siyasət Materials 27 Yanvar 2022 12:58 (UTC +04:00)
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev

Bakı. Trend:

Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbir zamanı deyib.

O xatırladıb ki, dünya ictimaiyyəti Ermənistanda nasist əlaltısı, 20-ci əsrin 30-cu illərində "erməni xalqının bütün dünyada üstünlüyü"nü iddia edən Qaregin Njdeyə abidənin ucaldılmasına hələ də reaksiya verməyib.

Qeyd edək ki, Beynəlxalq Holokost qurbanlarının anım günü münasibətilə ADA Universitetində BMT nümayəndəliyinin, İsrail və Niderland səfirliklərinin, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə tədbir təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti