...

Yaxın vaxtlarda Rusiya - Ukrayna danışıqlarının aparılması gözlənilir

Siyasət Materials 7 Mart 2022 16:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiya nümayəndə heyəti Belarusa eyni tərkibdə gəlib, yaxın vaxtlarda Ukrayna ilə danışıqların aparılması gözlənilir.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

"Nümayəndə heyəti yerindədir, tezliklə danışıqlar aparılacaq. Biz Ukrayna tərəfdən məlumatı dəqiqləşdiririk", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi ilə danışıqların üçüncü raundu planlaşdırıldığı kimi, Belovejskaya Puşçada keçiriləcək, yer dəyişməyib.

Qeyd edək ki, Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri artıq Belarusda danışıqların iki raundunu keçiriblər. Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib. O, bəyan edib ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə razılıq əldə etmək üçün nə qədər lazım olsa, danışıqlar aparmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti