...

"TEKNOFEST"in Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür - Emin Əmrullayev (ÖZƏL)

Siyasət Materials 29 May 2022 15:08 (UTC +04:00)
"TEKNOFEST"in Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür - Emin Əmrullayev (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"TEKNOFEST" festivalının Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür.

Bunu Trend-ə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, ümumtəhsil müəssisələri "TEKNOFEST"də geniş şəkildə təmsil olunurdu.

"300-ə yaxın ümumtəhsil müəssisəsindən, həmçinin ali təhsil müəssisələrindən komandalar bu festivalda iştirak edir. Qaliblər arasında ümumtəhsil, peşə, ali təhsil müəssisələrinin komandaları var idi. “TEKNOFEST” festivalı Türkiyə-Azərbaycan əməkdaşlığının, qardaşlığının növbəti təzahürüdür. Eyni zamanda düşünürəm ki, bu festival təhsil sahəsində də inkişafa dəstək olacaq" , - deyə E.Əmrullayev bildirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti