...

Qarabağdakı dağıntılar ermənilərin nə qədər mədəniyyət, təbiət düşməni olduğunu göstərir - Mustafa Şentop

Siyasət Materials 2 İyun 2022 12:10 (UTC +04:00)
Qarabağdakı dağıntılar ermənilərin nə qədər mədəniyyət, təbiət düşməni olduğunu göstərir - Mustafa Şentop
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı dağıntılar ermənilərin nə qədər mədəniyyət, təbiət düşməni olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ADA Universitetində keçirilən Beynəlxalq Sosial Elmlər Konqresinin açılış mərasimində çıxışı zaman deyib.

O qeyd edib ki, 30 illik işğaldan sonra Qarabağ torpaqları öz sahiblərinə qovuşdu. 30 il boyunca davam edən işğalın acı nəticələrinin, Xocalı soyqırımının və digər qətliamların sosial elm adamları tərəfindən dəyərləndirilməsinə ehtiyac var.

“Mən o ərazilərə səfər etmişəm. Orada ermənilər tərəfindən törədilən dağıntılar onların nə qədər mədəniyyət, təbiət düşməni olmasını göstərir. Sosial elm adamları da o ərazilərə səfər edəcək və bütün bunları öz gözləri ilə görəcəklər”, - deyə M.Şentop vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti