...

Albaniyanın yeni prezidenti Bayram Beqay seçilib

Siyasət Materials 4 İyun 2022 23:54 (UTC +04:00)
Albaniyanın yeni prezidenti Bayram Beqay seçilib

Bakı. Trend:

Albaniya Milli Assambleyası Bayram Beqayı ölkənin yeni prezidenti seçib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Radio Televizioni Shqiptar dövlət xidməti məlumat yayıb.

Qeyd olunur ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Bayram Beqayın lehinə 74-ü hakim Albaniya Sosialist Partiyasının deputatları olmaqla 78 parlamentari səs verib.

Beləliklə, B. Beqay iyulun 24-də hazırkı prezident İlir Metanın səlahiyyət müddəti başa çatdıqdan sonra ölkənin səkkizinci prezidenti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti