Bakı. Trend:
Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində bildirilib.
"15 iyun 2021-ci il tarixində cənab Prezidentimiz R.T. Ərdoğan və can Azərbaycanın Prezidenti cənab İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan ittifaqı daha da möhkəmləndi. İldönümü mübarək olsun!", - deyə paylaşımda bildirilir.