...

Mahmud Abbas Türkiyəyə səfər edir

Siyasət Materials 22 Avqust 2022 06:28 (UTC +04:00)
Mahmud Abbas Türkiyəyə səfər edir

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas bazar ertəsi, avqustun 22-də üç günlük rəsmi səfərlə Türkiyəyə gələcək.

Trend xəbər verir ki, M.Abbasın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır, görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Liderlər Fələstindəki hadisələrə də toxunacaqlar

Bundan əlavə, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti