...

Ərazilərimiz çox sıx şəkildə minalarla çirkləndirilib - ANAMA sədri

Siyasət Materials 19 Oktyabr 2022 15:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan ərazilərimiz sıx şəkildə minalarla çirkləndirilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb.

“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadrat metrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti