...

Prezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib (VİDEO)

Siyasət Materials 28 Oktyabr 2022 11:19 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiya Baş nazirinin birinci müavinini qəbul edib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.

Trend-in məlumatına görə, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulandı. Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti