...

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Siyasət Materials 11 Dekabr 2022 18:33 (UTC +04:00)
Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Vladimir Zelenski Tvitter-də paylaşım edib.

Vladimir Zelenski türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator verməsinə görə təşəkkürünü çatdırıb.

Vladimir Zelenski Ankaranın Kiyevin "GrainFromUkraine" təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Telefon danışığı zamanı taxıl dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti