...

Bolqarıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 20:27 (UTC +04:00)
Bolqarıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

Bolqarıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, bu barədə şənbə günü Bolqarıstan XİN-in "Twitter"dəki açıqlamasında deyilir.

"Azərbaycan xalqına başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını arzulayaraq xatırladırıq ki, müvafiq konvensiyalar üzrə öhdəliklərə əməl edilməlidir!", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti