...

Mərakeş Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 20:29 (UTC +04:00)
Mərakeş Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Tnred:

Mərakeş Krallığı Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə Mərakeş Krallığının Xarici İşlər, Afrikada Əməkdaşlıq və Xaricdəki Mərakeşlilər Nazirliyindən Azərbaycanın bu ölkədəki səfirliyinə göndərilmiş məktubda deyilir.

"Krallıq Azərbaycanın Tehrandakı (İran) səfirliyinə edilən alçaq və qorxaq hücumu pisləyir.

Mərakeş xüsusilə diplomatik missiyalara və onların əməkdaşlarına qarşı zorakılığın bütün formalarını rədd edir.

Krallıq mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir", - deyə məktubda bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti