...

İtaliya XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 20:17 (UTC +04:00)
İtaliya XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

İtaliya Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə şənbə günü İtaliya XİN-in "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Hücum nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti