...

Argentina Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir - XİN

Siyasət Materials 28 Yanvar 2023 20:31 (UTC +04:00)
Argentina Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir - XİN
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Argentina Respublikası Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir və diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbərinin ölümü ilə əlaqədar Azərbaycan xalqına və hökumətinə başsağlığı verir.

Trend xəbər verir ki, bu barədə şənbə günü Argentina Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Argentina Respublikası həalk olan şəxsin yaxınlarına başsağlığı verir və xəsarət alanların tezliklə sağalacağına ümid edir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti