...

Norveç səfiri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 21:32 (UTC +04:00)
Norveç səfiri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

Norveçin Azərbaycan və Türkiyədəki səfiri Erlinq Şonsberq Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məni çox sarsıtdı. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə və Azərbaycan Xarici İşlər Nazirliyindən olan həmkarlarıma başsağlığı verirəm", - deyə E.Şonsberq bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti