...

Türkiyə səfiri Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyində olub

Siyasət Materials 29 Yanvar 2023 01:01 (UTC +04:00)
Türkiyə səfiri Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyində olub

Bakı. Trend:

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar Tehranda baş vermiş terror aktı ilə bağlı başsağlığı vermək üçün Azərbaycanın Moskvadakı diplomatik missiyasını ziyarət edib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşdə M.Samsar Tehranda Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində həlak olan diplomatik missiya əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Türkiyə səfiri Tehrandakı hücumu pisləyib və hadisədə iştirak edənlərin cəzalandırılmasını istəyib.

P.Bülbüloğlu da öz növbəsində Türkiyəyə və türk xalqına dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti