Bakı. Trend:
Mən ATƏT Parlament Assambleyası adından Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirəm və bu hadisənin hərtərəfli araşdırılmasına çağırıram.
Trend xəbər verir ki, bu barədə şənbə günü özünün "Twitter" səhifəsində ATƏT PA-nın Prezidenti Marqareta Sederfelt yazıb.
O, həmçinin səfirlik əməkdaşının terror aktı nəticəsində həlak olması ilə bağlı başsağlığı verib.
"Hücum nəticəsində xəsarət alanların tezliklə sağalmasını diləyirəm", - deyə M.Sederfelt əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.