...

Kanada Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 29 Yanvar 2023 02:48 (UTC +04:00)
Kanada Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Bakı. Trend:

Kanada Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Diplomatik nümayəndəliklərə qarşı zorakılıq aktlarının heç bir bəhanəsi yoxdur. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti